PSJ-nin ulduz hücumçusu Kilian Mbappenin "Real Madrid"ə keçidi bu yay baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Xəbərə görə, kral klubu fransalı futbolçu ilə ilkin anlaşması 2024-cü ilin yanvar ayında imzalanacaq. Belə ki, PSJ ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq ulduz futbolçunun başqa klublarla danışıq aparmaq hüququ olana qədər bu məsələnin qapandığı bildirilib.
Qeyd edək ki, İspaniya təmsilçisinin 24 yaşlı forvad üçün Paris klubuna 180-200 milyon avro pul ödəməyə hazır olduğu qeyd olunur.
Xatırladaq ki, 2018-ci ilin yayında "Monako"dan transfer edilən Mbappe PSJ-də 6 mövsüm keçirib.
Son mövsümdə Liqa 1-də 34 oyuna çıxan Fransa millisinin üzvü komandasının çempionluğuna 29 qol və 6 məhsuldar ötürmə ilə yardımçı olub.
Röya