"Çelsi"nin və İngiltərə millisinin yarımmüdafiəçisi Meyson Maunt bu gün yeni klubu "Mançester Yunayted" üçün tibbi müayinədən keçəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Maunt tibbi müayinənin ardından müddəti 2028-ci ilə qədər olan müqaviləyə imza atacaq.
Daha öncə sözügedən futbolçunun MY-də həftəyə 290 min avrodan 345 min avroyadək maaş alacağı bildirilmişdi.
Qeyd edək ki, Maunt geridə qalan mövsümdə "Çelsi" forması ilə bütün turnirlərdə 35 matça çıxıb. Bu qarşılaşmalarda 3 qol vuran orta xətt oyunçusu 4 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat