"Nyukasl" yarımmüdafiəçisi Alan Sent-Maksimeni satmağa hazırdır.
Fanat.Az xəbər verir ki, məlumatı "The Telegraph" yayıb.
Xəbərə görə, "sağsağanlar"ın baş məşqçisi Eddi Hau sözügedən futbolçunun komandada qalmasını istəsə də, klubu onunla 46 milyon avro qarşılığında vidalaşmağı planlaşdırır.
Fransalı orta xətt oyunçusu geridə qalan mövsümdə "Nyukasl" forması ilə İngiltərə Premyer Liqasında 25 matça çıxıb. Bu oyunlarda 1 qol vuran 26 yaşlı futbolçu 5 məhsuldar ötürmə ilə də diqqət mərkəzinə düşüb.
"Transfermarkt" portalı Sent-Maksimenin transfer qiymətini 32 milyon avro ilə dəyərləndirir.
Nihat