"Milan" "Çelsi"nin yarımmüdafiəçisi Kristian Pulişiçin xidmətində maraqlıdır.
Fanat.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Xəbərə görə, "rossonerlər" 24 yaşlı yarımmüdafiəçi üçün 14 milyon avro ödəməyə hazırdır. Lakin London klubu amerikalı futbolçu üçün ən 20 milyon avro tələb edir.
Pulişiçin A Seriyası klubu ilə şəxsi müqavilənin şərtlərində anlaşdığı bildirilir.
Qeyd edək ki, Kristian "Çelsi"yə 2019-cu ildə "Borussiya Dortmund"dan gəlib. 92 oyunda meydana çıxan futbolçu 20 qola imza atıb. ABŞ millisinin üzvünün "Çelsi" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Röya