Belarusun ikinci divizionunda "Baranoviçi" və "Lokomotiv" komandaları arasında oyunda maraqlı an yaşanıb.
Fanat.Az xəbər verir ki, matç zamanı azarkeşlərdən biri topu oğurlayaraq stadiondan qaçıb.
"First Sport" teleqram kanalının verdiyi məlumata görə, “Baranoviçi” futbol klubunun nümayəndələri bu faktla bağlı polisə müraciət etmək qərarına gəliblər. Videokameralardan çəkilmiş görüntülər tezliklə "oğru"nu axtaran hüquq-mühafizə orqanlarının əməkdaşlarına təqdim olunacaq.
Qeyd edək ki, qarşılaşma ötən həftəsonu baş tutub və "Lokomotiv"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mirağa