"Barselona" İngiltərə Premyer Liqasından futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki, söhbət "Mançester Siti"nin müdafiəçisi Joau Kanseludan gedir.
Məlumatı "Sport" yayıb. Ancaq 29 yaşlı portuqaliyalı futbolçu keçidə razılıq verərsə, maaş azalmasına məruz qalacaq.
"Mançester Siti" Kanselunu satmaq niyyətindədir. Lakin "Barselona" tərəfi müdafiəçini icarəyə götürmək istəyir.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2019-cu ildən "Mançester Siti"də çıxış edir. 98 oyunda meydana çıxan futbolçu 5 qola imza atıb. Joau 2023-cü ili icarə əsasında "Bayern Münhen"də keçirib.
Röya