"Vilyarreal"ın müdafiəçisi Pau Torres karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Aston Villa" İspaniya təmsilçisi ilə razılığa gəlməyə yaxındır. 26 yaşlı futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək.
Futbolçunun transferi üçün birmingemlilər qarşı tərəfə 32,5 milyon avro ödəyəcək. Daha beş milyon avro isə bonus olaraq veriləcək. Torresin "Aston Villa" ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Pau Torres 2018-ci ilin yayından "Vilyarreal"da oynayır. Müdafiəçi ötən mövsüm La Liqada 34 oyuna çıxıb, 1 qol vurub və 10 sarı vərəqə alıb.
Mirağa