"Real Madrid"in yeni futbolçusu Cud Bellingem "Sky Sports"a açıqlama verib.
Fanat.Az-ın xəbərinə görə, 20 yaşlı ingiltərəli yarımmüdafiəçi məşqlərdə üzləşdiyi təzyiqlərin üstəsindən necə gəldiyindən danışıb.
"Real Madrid" üçün oynamağı çox istəyirəm və səbirsizlənirəm. Təqdimat mənim üçün xüsusi gün idi, amma indi komandada oynamaq üçün sağalmalıyam.
Karyeramın hər addımında təzyiqləri hiss etmişəm. Həmin təzyiqlər məni bugünkü duruma çatdırıb. Sadəcə bunun öhdəsindən gəlməyin yollarını axtarmaq lazımdır".
Qeyd edək ki, İngiltərə millisinin üzvü 14 iyun tarixində "Real Madrid"ə transfer olunub. Onunla 6 illik sözləşmə imzalanıb.
Xatırladaq ki, Bellingem "Borussiya"ya 2020-ci ildə, 25 milyon avro qarşılığında "Birmingem"dən transfer olunmuşdu. Almaniyada keçirdiyi 3 mövsüm ərzində 132 matça çıxan Cud 24 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
Röya