Barselonanın "Marset" akademiyasının 2008-2009-cu il təvəllüdlü azərbaycanlı uşaqlar arasında apardığı seçimlər yekunlaşmaq üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ASTA-nın (Azerbaijan Sport Talents Academy) dəvəti və təşkilatçılığı ilə baş tutan, 3 gün davam edən seçimlərdə ümumilikdə 51 uşaq iştirak edib.
"Marset"dən seleksiya üçün Bakıya göndərdiyi məşqçilərin - Rivero Karlos Arias və Ragel Marmol Felipenin qərarına əsasən, iştirakçılar arasından daha istedadlı 20 uşaq seçilib. Dünən Barselonaya qayıdan mütəxəssislər yekun qərarlarını iyulun 7-də açıqlayacaqlar. Öncədən nəzərdə tutulduğu kimi, 15 azərbaycanlı uşaq ASTA-nın maliyyə dəstəyi hesabına qarşıdakı 4 il ərzində futbolun sirlərinə "Marset" akademiyasında yiyələnəcəklər.
Nihat