Ukraynanın "Şaxtyor" klubunda yeni baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az xəbər verir ki, Donetsk klubu rəsmi saytı vasitəsilə yeni çalışdırıcısının adını açıqlayıb.
Komanda niderlandlı Patrik van Livenə tapşırılıb. Onunla 2 illik müqavilə imzalanıb.
Mütəxəssis əvvəllər "Şaxtyor"un akademiyasının koordinatoru və direktoru olub. Onun son klubu ötən mövsümün sonunda tərk etdiyi “Zarya” olub.
Qeyd edək ki, "Şaxtyor" İqor Yoviceviçlə mövsümün sonunda yollarını ayırıb. Baxmayaraq ki, komanda onun rəhbərliyi altında Ukrayna çempionu olub.
Mirağa