"Mançester Yunayted" Ceydon Sanço ilə bağlı rəsmi təklif alıb.
Fanat.Az "Daily Star"a istinadən xəbər verir ki, Dortmund "Borussiya"sı 23 yaşlı yarımmüdafiəçini bu yay icarəyə götürmək üçün "qırmızı şeytanlar"a müraciət edib.
Mənbə MY-nin icarə təklifini geri çevirdiyini, lakin Sançonu satmağa hazır olduğunu diqqətə çatdırıb. Xəbərə görə, mankunianlar 2021-ci ildə məhz "Borussiya"dan transfer olunan 23 yaşlı Ceydonu azı 52 milyon avroya satmaq niyyətindədir.
Qeyd edək ki, sözügedən futbolçunun MY ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Nihat