ABŞ millisinin və "Çelsi"nin yarımmüdafiəçisi Kristian Pulişiçə daha bir elçi var.
Fanat.Az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin "Milan"a keçəcəyi gözlənilsə də, başqa iddialar yayılıb.
Belə ki, "L'Equipe" amerikalı futbolçunun "Lion"un maraq dairəsində olduğunu yazır. Xəbərə görə, Fransa klubu keçidi bu yay həll etmək istəyir. Mənbə "Lion"un "Çelsi"yə təklif göndərdiyini və nəticənin yaxın günlərdə açıqlanacağını bildirir.
Qeyd edək ki, "The Athletic" isə Pulişiçin "Milan" ilə şəxsi müqavilənin şərtlərində anlaşdığı açıqlamışdı.
Xatırladaq ki, Kristian "Çelsi"yə 2019-cu ildə "Borussiya Dortmund"dan gəlib. 92 oyunda meydana çıxan futbolçu 20 qola imza atıb. ABŞ millisinin üzvünün "Çelsi" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Röya