Milan "İnter"inin yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist Canluka Di Martsio şəxsi saytı vasitəsi ilə yayıb.
Xəbərə görə, "Əl-Nəsr" bu keçid üçün "qara-göylər"ə 18 milyon avro ödəyəcək.
Geridə qalan mövsümdə A Seriyasında 28 matça çıxan xorvat futbolçu 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Brozoviçin transferində "Barselona" da maraqlı idi.
Nihat