"Dinamo Zaqreb"in və Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç karyerasını La Liqada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tutto Mercato" yayıb.
İtalyan mənbəsinin məlumatına görə, "Vilyarreal" təcrübəli qolkiper uğrunda mübarizədə "Fiorentina" və "Fənərbağça"nı üstələyib. İspanlar "Dinamo"nun 10 milyon avroluq təzminat istəyini qarşılamağa razılaşıb. "Fiorentina" isə 6 milyon avrodan artıq pul ödəmək istəməyib.
Qeyd edək ki, 28 yaşlı Livakoviç 2015-ci ildən "Dinamo"nun şərəfini qoruyur. Azərbaycan millisinin hücumçusu da hazırda Zaqreb təmsilçisində çıxış edir.
Mirağa