"Brayton" yeni transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisi "Anderlext"in qapıçısı Bart Verbrüqqeni heyətinə cəlb edib.
Məlumatı klubun mətbuat xidməti yayıb. 20 yaşlı niderlandlı qolkiper ilə 5 illik sözləşmə imzalanıb. "Brayton" Barta görə "Anderlext"ə 20 milyon avro pul ödəyib.
Klubun baş məşqçisi Roberto De Zerbi gənc qapıçının keçidindən məmnun olduğunu deyib: "Bartla müqavilə imzaladığımız üçün çox şadam. Onun gələcəkdə komandanın əsas oyunçularından olmaq potensialı var".
Röya