"Bayern Münhen"in yarımmüdafiəçisi Marsel Zabitser karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, 29 yaşlı oyunçu "Beşiktaş"ın transfer hədəfinə çevrilib.
Münhenlilər baş məşqçi Tomas Tuxelin planlarına uyğun gəlmədiyi üçün avstriyalı oyunçu ilə ayrılmağa hazırdır. Türkiyə klubu yaxın vaxtlarda 29 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə görüşərək potensial əməkdaşlıq məsələlərini müzakirə edəcək. Çox güman ki, tərəflər 2023/24 mövsümünün sonuna qədər icarə müqaviləsinə razılaşacaqlar.
Xatırladaq ki, Marsel Zabitser ötən mövsümün ikinci yarısında “Mançester Yunayted”də icarə əsasında çıxış edib. İngiltərə klubu mövsümün sonunda futbolçunu "Bayern Münhen"dən birdəfəlik almaq bəndindən yararlanmamaq qərarına gəlib.
Mirağa