Fabio Kannavaro "Fatih Karagümrük"ün baş məşqçisi olmayacaq.
Fanat.Az xəbər verir ki, bunu insayder Canluka De Martsio deyib.
Bir müddət öncə 49 yaşlı italiyalı mütəxəssisin Türkiyə klubu ilə anlaşacağı yazılsa da, jurnalist bu iddiaların həqiqətə uyğun olmadığını bildirib.
Qeyd edək ki, Super Liqa təmsilçisi may ayında Andrea Pirlonun gedişindən sonra başsızdır.
Xatırladaq ki, Fabio Kannavaro karyerası ərzində "Benevento", "Quancjou Everqrand", "Əl-Nəsr", "Tyanszin" kimi klublarda və Çin millisində çalışıb. Onun son iş yeri İtaliya təmsilçisi "Benevento" olub. O, 2022-ci ildən anlaşdığı klub ilə bu il yollarını ayırıb.
Röya