"Səbail" növbəti transferini reallaşdırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, dünən iki israilli futbolçu ilə anlaşan bakılılar bu gün daha bir legioneri sıralarına qatıb.
Söhbət portuqaliyalı hücumçu Pedro Nunodan gedir. 28 yaşlı futbolçu son mövsümü Türkiyənin 1-ci liqa təmsilçisi "Adanaspor"da keçirib. Pedro bu komandada 16 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Pedro Nuno karyerasının böyük hissəsini vətəni Portuqaliyada keçirib və ölkədən kənara yalnız ötən il çıxıb. O, ölkəsində "Akademika", "Tondela", "Moreyrense" və "Belenenses" kimi klublarda çıxış edib.
Mirağa