"Səbail"dən ayrılan ukraynalı futbolçu Petro Stasyuk karyerasını ölkəsində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Ukrayna Premyer Liqasının debütantı LNZ 28 yaşlı müdafiəçi ilə müqavilə imzaladığını açıqlayıb.
Futbolçu Çerkassı komandasında 95 nömrəli çıxış edəcək.
Stasyuk Ukraynada "Minay" və "Mariupol"dakı çıxışı ilə tanınır.
Müdafiəçi son mövsüm "Səbail"in heyətində 34 oyun keçirib və 4 məhsuldar ötürmə edib.
Mirağa