"Fənərbağça"nın yarımmüdafiəçisi Arda Gülərin kareyrasını harada davam etdirəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Xəbərə görə, 18 yaşlı futbolçu "Real Madrid"lə anlaşıb. "Fənərbağça"nın gənc istedadın transferindən 20 milyon avro qazanacağı və gələcəkdə "Real" onu başqa kluba satacağı halda, məbləğin 20 faizinin "sarı bülbüllər"in hesabına köçürüləcəyi bildirilib. Bundan başqa, tərəflərin müxtəlif bonuslar barədə də ortaq məxrəcə gəldiyi vurğulanıb.
Qeyd edək ki, Arda "Gənclərbirliyi"nin yetirməsidir. O, 2019-cu ildə "Fənərbağça"ya keçib. İstanbul nəhənginin forması ilə çıxdığı 51 matçda 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalan Gülər Türkiyə millisində də 4 oyun keçirməyə imkan tapıb. Onun "Fənər"lə müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.
Nihat