"Səbail"dən ayrılan Elmir Tağıyevin yeni iş yeri bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçi "Kəpəz"lə anlaşıb.
Tərəflər artıq müqavilənin şərtləri ilə bağlı razılığa gəlib. Elmirin Gəncə təmsilçisi ilə 1 illik müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, 23 yaşlı Elmir 2021-ci ilin avqustunda qoşulduğu "Səbail"dən öncə Birinci Divizonda "Turan Tovuz"un formasını geyinib.
Nihat