"Yuventus"un yarımmüdafiəçisi Denis Zakariya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, isveçrəli futbolçu ilə "Vest Hem" maraqlanır.
Məlumatı insayder Canluka Di Martsio yayıb.
“Vest Hem” futbolçuya 18 milyon avro ödəməyə hazırdır. Turinlilər isə satışdan 25 milyon qazanmağı planlaşdırır. Tərəflər gələn həftə həlledici danışıqlar aparacaqlar.
"Yuventus" əldə olunan gəliri "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçin transferinə xərcləmək niyyətindədir.
İsveçrəli yarımmüdafiəçi ötən mövsümü icarə əsasında "Çelsi"də keçirib və bütün turnirlərdə 11 matçda 1 qol vurub.
Mirağa