Müdafiəçi Milan Şkrinyar PSJ klubuna transfer olunub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Paris nəhənginə azad agent kimi qoşulan slovakiyalı stopperin müqaviləsi 4 il müddətinə nəzərdə tutulub.
Tərəflər yanvar ayından razılıq əldə etmişdi. Ancaq "İnter" qışda Şkrinyara əvəzləyici tapa bilmədiyi üçün onu satmamışdı.
Qeyd edək ki, Şkrinyar 2017-ci ildən "İnter"in uğurları üçün çalışırdı.
Mirağa