"İnter"dən ayrılaraq azad agent qismində PSJ-yə qoşulan Milan Şkrinyar 4 illik müqaviləyə imza atandan sonra Paris klubunun rəsmi saytına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, slovakiyalı müdafiəçi iki cümlə ilə kifayətlənib:
"Bu möhtəşəm klubun bir parçası olduğum üçün şadam. Dünya səviyyəli futbolçuları və fantastik azarkeşləri olan PSJ dünyanın ən yaxşı komandalarından biridir".
Şkrinyar 2017-ci ildən "İnter"in formasını geyinib. O, Milan təmsilçisi ilə 5 mükafat qazanıb: skudetto, iki İtaliya Kuboku və İtaliya Superkuboku.
2022/2023 mövsümündə "qara-göylər"in sıralarında bütün turnirlərdə 31 matça çıxan Milan məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat