"Neftçi"nin baş məşqçi postunu yenidən rumıniyalı mütəxəssis tuta bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı GSP portalı yayıb.
Mənbənin məlumatına görə, "ağ-qaralar" Buxarest "Rapid"inin çalışdırıcısı Adrian Mutu ilə əlaqə saxlayıb. "Rapid"lə müqaviləsinin müddəti başa çatmayan tanınmış mütəxəssisin anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verərək Azərbaycana yollana biləcəyi vurğulanıb.
Futbolçu olduğu dönəmdə Rumıniya millisinin şərəfini qoruyan Mutu "Çelsi", "Yuventus", "İnter" və "Fiorentina" kimi klublarda da hücumçu mövqeyində çıxış edib.
Qeyd edək ki, mövsümü titulsuz başa vuran "Neftçi" rumıniyalı çalışdırıcı Laurentsiu Regekampfla yollarını bu yay ayırıb.
Nihat