Rusiya millisinin keçmiş müdafiəçisi Mario Fernandes "Zenit"ə keçəcək.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Fabio Aleyşo məlumat yayıb.
Mənbənin məlumatına görə, braziliyalı futbolçu Sankt Peterburq klubuna azad agent kimi yollanacaq. Belə ki, o, Moskva MOİK-i ilə müqaviləyə xitam verib.
Fernandes "Zenit" ilə 2 illik müqavilə imzalayacaq. Yeni klubu ona hər mövsüm üçün 2,5 milyon avro ödəməyə hazırdır. Halbuki MOİK 32 yaşlı futbolçuya 1,5 milyonluq müqavilə təklif edib.
Mario Fernandes 2012-2022-ci illərdə ÇSKA-da çıxış edib və klubla 10 kubok qazanıb.
Mirağa