Sabah "Səbail"lə yoxlama oyununa çıxacaq "Kəpəz" "dənizçilər"ə qarşı Abdullahi Şuaybusuz mübarizə aparacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinə dünən qoşulan 21 yaşlı nigeriyalı forvard cəmi bir məşqdə iştirak etdiyi üçün Bakıya gətirilməyib.
Bundan başqa, müdafiəçi Elçin Əlicənov da oyuna hazır olmadığına görə Gəncədə qalıb.
Qeyd edək ki, "Səbail" - "Kəpəz" qarşılaşması 18:00-da, Bakı Olimpiya Stadionunun köməkçi meydanında baş tutacaq.
Nihat