"Barselona"nın sabiq futbolçusu Jerar Pike Kataloniya klubunun ona borcu olub-olmadığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, AS Pikenin dediklərini belə çatdırıb:
"Getməyə qərar verdiyim gün hər şeyi unutmaqla bağlı razılığa gəldik. Klubun mənə borcu yoxdur. Son ilyarımda çox oynamadığım üçün komandaya enerji verə bilmirdim. "Barselona"ya heç nə keçməmişəm. Getmək öz qərarım idi və mənə oynadığım son günə qədər ödəniş ediblər.
Səudiyyə Ərəbistanında oynamaq? Oradan mənə zəng edən olmayıb. Amma etsələr də, getməzdim. Pula görə nəsə etmək mənlik deyil. Həmişə demişəm ki, həyatımın klubu "Barselona"dır. "Barsa"dan ayrılandan sonra karyeramı bitirdim".
Nihat