Kriştianu Ronaldunun formasını geyindiyi "Əl-Nəsr"in yeni baş məşqçisi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti yayıb.
Komanda Ronaldunun həmyerlisinə - portuqaliyalı mütəxəssis Luiş Kaştruya tapşırılıb.
Qeyd edək ki, daha öncə "Əl-Nəsr"in Ronaldunun məsləhət gördüyü çalışdırıcı ilə danışıq apardığı və 38 yaşlı superulduzun danışıqlarda şəxsən iştirak etdiyi barədə məlumatlar yayılmışdı.
Nihat