"Zenit"in yarımmüdafiəçisi Vendel yeni mövsümə Türkiyə Super Liqasında başlamağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fotospor" yayıb.
Mənbənin məlumatına görə, braziliyalı "Qalatasaray"a keçməyə qərar verib.
Vendel artıq İstanbul klubu ilə prinsipial razılığa gəlib. İndi "Qalatasaray" "Zenit"lə danışıqlar aparmalı olacaq.
Sankt Peterburq klubundan Vendelin komandanı dəyişmək qərarına gəldiyini təsdiqləyiblər.
Vendel ötən mövsüm Rusiya çempionatında 25 oyun keçirib, 8 qol vurub və üç məhsuldar ötürmə verib.
Mirağa