"Qaradağ" "Araz Naxçıvan"ı I divizionun qalib olması və Premyer Liqaya vəsiqə qazanması münasibəti ilə təbrik edib. Fanat.az xəbər verir ki, Lökbatan təmsilçisi Muxtar Respublika klubuna uğurlar arzulayıb:
"I divizionun çempion olmuş və Premyer Liqaya vəsiqə qazanmış “Araz Naxçıvan” klubunun rəhbərliyini, məşqçi və futbolçu heyətini, azarkeşlərini təbrik edirik. Ümid edirik ki, böyük futbol ənənələri olan Naxçıvanı təmsil edən “Araz Naxçıvan” Premyer Liqada da uğurlarını davam etdirərək, bölgələrimizdə futbolun inkişafına yeni töhvələr verərək öz azarkeşlərini sevindirəcək".
Fanat.az