"Kəpəz"in futbolçularından biri üçün 4 klubdan real təklif alsa da, onu satmaqdan imtina edib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, 21 yaşlı nigeriyalı Abdullahi Şuaybudur.
Sözügedən hücumçuya Azərbaycan klublarından "Zirə" və "Səbail" elçi düşdüyü halda, Gəncə təmsilçisi afrikalı forvardı bu komandalara buraxmayıb. Ötən mövsüm "Kəpəz"in ən sərrast futbolçusu olan və komandanın elitadakı yerini qorumasında xüsusi rol oynayan afrikalıya Xorvatiya və İtaliyadan da təkliflər gəlib. Adını dəqiqləşdirə bilmədiyimiz Xorvatiya təmsilçisi "Kəpəz"ə bu tranfer üçün 150 min manat ödəməyə hazır olsa da, klub qol silahını satmaqdan imtina edib.
Qeyd edək ki, Şuaybunun bölgə təmsilçisi ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir. Ötən mövsüm Premyer Liqada 34 oyuna 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalan gənc hücumçu Azərbaycan Kubokunda çıxdığı 2 görüşdə rəqib qapısına 1 dəfə yol tapıb.
Nihat