"Turan Tovuz" növbəti transferini gerçəkləşdirib.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi braziliyalı futbolçu Luis Enrike Paçunu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, təcrübəli forvardın son klubu Portuqaliya "Trofense"si olub.