İtaliya "İnter"i heyətinə yeni qapıçı qatmağa yaxındır.
Fanat.Az xəbər verir ki, milanlılar "Şaxtyor"un qapıçısı Anatoli Trubinin transferi ilə bağlı razılığa gəlməyə yaxındır.
İnformasiyanı insayder Nikolo Skira yayıb. Mənbənin məlumatına görə, ukraynalı qapıçı ilə müqavilənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.
Ancaq "İnter"in yalnız Andre Onananı "Mançester Yunayted"ə satacağı təqdirdə "Şaxtyor"la danışıqlara başlayacağı iddia edilir.
Ötən mövsüm Anatoli Trubin "Şaxtyor"un forması ilə bütün yarışlarda 38 oyun keçirib, 40 qol buraxıb və 14 dəfə qapısını təmiz saxlayıb.
"Transfermarkt" gənc ukraynalı qolkiperinin dəyərini 22 milyon avro qiymətləndirir.
Mirağa