Rusiyanın “Rostov” klubununun müdafiəçisi Dennis Hacıkaduniç “Hamburq”a keçib.
Fanat.Az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı bosniyalı "Rostov"la müqaviləsini yenidən dayandırıb.
Hacıkaduniç 2022/23 mövsümünün ikinci yarısını "Malyorka"da keçirib. Bundan əvvəl o, “Malmö”də icarə əsasında çıxış edib.
Bosniyalı futbolçu 2018-ci ilin iyulunda Rostov klubuna keçib. Onun Rusiya təmsilçisi ilə müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədərdir.
“Hamburq” ötən mövsüm ikinci Bundesliqanı 3-cü pillədə başa vursa da, ölkənin ən güclü divizionuna yüksəlmək hüququ üçün pley-offda “Ştutqart"a məğlub olub.
Mirağa