"Real Madrid"in hücumçusu Vinisius Junior Braziliyada Rio-de-Janeyro əyalətinin ən yüksək mükafatı olan "Tiradentes" medalına layiq görülüb.
Fanat.Az "Globo"ya istinadən xəbər verir ki, ulduz forvarda mükafat məşhur "Marakana" stadionunda təqdim olunub.
Vinisius irqçiliyə qarşı mübarizəni təşviq etdiyinə görə medal alıb. Rio-de-Janeyro hökuməti həmçinin, irqi ayrıseçkilik halları zamanı matçların dayandırılmasını nəzərdə tutan "Vinisius Junior Qanunu"nu da təsdiqləyib.
"Real Madrid"in ulduzu aldığı medalla bağlı fikirlərini bildirib: “Mən çox gəncəm və belə mükafat sürpriz oldu. Bəzən fikirləşirəm ki, mən bütün bunlara layiqəmmi? Ziyarət etdiyim və "Flamenqo"nun heyətində çox matç oynadığım "Marakana"da belə bir dəstək görəcəyimi gözləmirdim".
Qeyd edək ki, Vinisius Junior İtaliyada və İspaniyada dəfələrlə irqçi təzyiqlərə məruz qalıb.
Mirağa