“Turan Tovuz” futbolçusu Ehtiram Şahverdiyevlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisi sosial şəbəkə hesabından paylaşım edib.
27 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ehtiram Şahverdiyev 2022-ci ildən “Turan Tovuz”da çıxış edirdi. O, ötən ay Tovuz klubu ilə müqaviləsinin müddətini 1 illik uzatmışdı. Ehtiram daha əvvəl “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib.