"Atletiko Madrid"in fransalı hücumçusu Antuan Qrizmann növbəti mövsümdə köhnə-yeni nömrəli formada çıxış edəcək.
Fanat.Az xəbər verir ki, o, bundan sonra "7 nömrə" altında oynayacaq.
Hansı ki, bu nömrə Joau Feliksə aid idi. Ancaq karyerasının böyük hissəsini bu nömrədə keçirən, "Barselona"ya gedəndən sonra ondan uzaq düşən Qrizmann Feliksin 5 mövsüm oynadığı "7 nömrə"ni geri alıb.
Madrid klubunun mətbuat xidməti ötən mövsüm "8"-i daşıyan fransalı hücumçunun yeni nömrəsinin video təqdimatını yayıb.
Qrizmann "Real Sosyedad"da dörd mövsüm və "Atletiko"da beş mövsüm məhz 7 nömrəli formada çıxış edib. O,
Feliksin "Atletiko"da hansı nömrə altında oynayacağı məlum deyil.
Mirağa