Bundesliqa klubu “Hoffenhaym” yeni oyunçusunu təqdim edib.
Fanat.Az xəbər verir ki, bu, “Şalke”dən transfer edilən sol cinah yarımmüdafiəçisi Marius Bülterdir.
Onun transferi “ağ-göylər”ə 3 milyon avroya başa gəlib.
"Hoffenhaym oyunçusunu qeyri-adi şəkildə təqdim edib ki, tanıtım klipindəki yaradıcılıq transferi daha diqqətçəkən edib. Məsələ burasındadır ki, “Şalke”nin matçlarının birində Bülter “Hoffenhaym”ın doğma stadionu – “Wirsol-Rhein-Neckar-Arena”da yan bayrağı qırıb.
Klipdə Bülter sınıq bayraq və yapışqan lentlə yeni klubun ofisinə gəlib və "üzr istəyirəm" deyib.
Schwamm drüber!
— TSG Hoffenheim (@tsghoffenheim) July 6, 2023
Willkommen bei der TSG, Marius! pic.twitter.com/eHBIhXEzc4
Marius ötən mövsüm "Şalke"nin heyətində 35 oyun keçirib, 11 qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa