"Yuventus" klubunda yeni rəhbər dəyişikliyi reallaşıb.
Fanat.Az xəbər verir ki, tanınmış italiyalı mütəxəssis Kristiano Cuntoli Turin klubuna keçib.
"Yuventus" rəsmi saytı vasitəsilə onun gəlişini elan edib. O, klubda texniki direktor postunu tutub.
51 yaşlı mütəxəssis bundan əvvəl "Napoli"nin idman direktoru vəzifəsində çalışıb. O, 2015-ci ildən neapollularda müvafiq postu tuturdu. Cuntoli bu müddət ərzində klub bir sıra yüksək keyfiyyətli transferlər həyata keçirib. Bu irəliləyiş sonda "Napoli"yə 2022/2023 mövsümündə İtaliya çempionu olmağa imkan verib. Neapollular 1990-cı ildən sonra ilk dəfə liqa çempionu olublar.
Xatırladaq ki, “Yuventus” İtaliyanın son çempionatında yeddinci yeri tutub.
Mirağa