“Səbail”in Türkiyə toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, “dənizçilər” qardaş ölkədə yerli “Konyaspor”la üz-üzə gələcəklər.
Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Sözügedən komanda ilə oyun iyulun 21-də baş tutacaq və yerli vaxtla saat 17:00-da başlayacaq.