PSJ klubunun sabiq baş məşqçisi Kristof Qaltye karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Santi Auna yayıb.
Mənbənin məlumatına görə, “Əş-Şabab” fransız çalışdırıcını sükanı arxasında görmək istəyir. Elə Qaltye də Səudiyyə Ərəbistanında işləməkdə maraqlıdır ki, bu da danışıqları xeyli asanlaşdırır.
Qeyd edək ki, ötən gün Kristof Qaltyenin istefasını rəsmən qəbul edən PSJ onun yerinə Luis Enrikeni təyin edib.
Fransız mütəxəssis PSJ-də bir mövsüm çalışaraq, komanda ilə Fransa Liqa 1-in qalibi olub. Çempionlar Liqasında isə parislilər 1/8 final mərhələsində "Bayern Münhen" səddini keçə bilməyiblər.
Mirağa