10:32 08.07.2023 983

Məşqçisi Musanın yolunu gözləyir: "Malmö" ilə oyundan əvvəl gəlsin"

"Yurqorden"in məşqçisi Hüqo Berqqren yeni transferləri Musa Qurbanlının keçidini dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, 30 yaşlı mütəxəssis "SvenskaFans"a geniş müsahibəsində Azərbaycan millisinin gənc üzvünün hücumçu keyfiyyətləri haqda ətraflı danışıb:  

"Mən Musanı onun Konfrans Liqasında "Gent"lə oyunlarını görəndən sonra əlaqələrim sayəsində tapdım. İdman direktorumuz, klub rəhbərliyimizdəki əlaqədar şəxslərlə məsləhətləşdik. Sonra onun agenti ilə əlaqə saxladım. Belə bir çalışqan futbolçunu heyətinə cəlb edə bilmək çox gözəl hissdir. O, böyük komandaları sıradan çıxarmış komandadan gəlir: "Gent", "Lex", "Ferentsvaroş, "Nant", "Olimpiakos" və sair bu kimi rəqiblərə qalib gəlmiş "Qarabağ"ın üzvüdür. Bu, çox yaxşı komandadır və zaman keçdikcə Musa orada daha çox oyun təcrübəsi qazanıb. Son mövsümdə komandanın və çempionatın 2-ci bombardiri olub.

Musada bizi ən çox cəlb edən onun cərimə meydançasındakı hərəkətli olmasıdır. O, davamlı olaraq qapıçının topu itirəcəyini, müdafiəçinin büdrəyəcəyini və ya hava mübarizəsində uduzacağını gözləyir. O, daim “asan yem” axtarır. Qol şansı qazanmaq üçün boş dayanmır. Diz, baş, sağ və ya sol ayaq fərqi yoxdur - qol vurmaq üçün hər şey edir. 

Futbolçu köçməzdən əvvəl son işlərini yoluna qoymaq üçün hazırda Azərbaycanda evindədir. Onun bura qayıdıb məşqə nə vaxt qoşulacağı hələ tam aydın deyil. Bununla belə, tezliklə qayıdacağına və "Yurqorden"in "Malmö" ilə matçında uğurlu nəticəyə töhfə verəcəyinə ümid edirəm. Çox çalışırıq ki, "Malmö" ilə oyuna bir neçə gün qalmış gəlsin. Sonra necə olacağını görəcəyik".

Qeyd edək ki, "Yurqorden"  "Malmö" ilə İsveç çempionatının 15-ci turu çərçivəsində iyulun 17-də qarşılaşacaq. Göründüyü kimi, məşqçilər korpusu ev oyununda Musanın xidmətindən yararlanmağı düşünür.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X