İstanbul nəhəngi "Qalatasaray" müqavilə ilə PSJ-yə məxsus olan argentinalı hücumçu Mauro İkardinin transferi üçün danışıqlar aparır.
Fanat.Az xəbər verir ki, "sarı-qırmızılar" 30 yaşlı cənubi amerikalının birdəfəlik keçidinə çalışır.
"Lequipe"nin məlumatına görə, "Qalatasaray" rəhbərliyi İkardiyə görə 10 milyon avro ödəməyə hazırdır. Mauronun parislilərlə müqaviləsi 2024-cü ilin yayına qədərdir. "Transfermarkt" argentinalıya 19 milyon avro qiymət qoyub.
Mauro İkardi 2022/2023 mövsümündə İstanbul komandasının heyətində 24 matçda iştirak edib, bu oyunlarda 22 qol (6 penaltidən) və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa