Fransa millisinin və "Tottenhem"in qapıçısı Uqo Lyoris karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport İtalia" yayıb.
Xəbərə görə, "İnter" onu sıralarına qatmağa hazırlaşır.
Milan klubunun rəhbərliyi 36 yaşlı fransızı, 55 milyon avroya “Mançester Yunayted”ə keçməyə yaxın olan Andre Onanın əvəzləyici kimi nəzərdən keçirir.
Lyoris 2012-ci ildən "Tottenhem"də çıxış edir. O, London klubunun heyətində bütün yarışlarda 447 oyun keçirib və 508 qol buraxıb.
Fransız qapıçı 2008-2022-ci illərdə millidə çıxış edib. Ümumilikdə o, Fransa millisində 145 oyun keçirib və 120 qol buraxıb, 2018-də dünya çempionu, 2021-ci ildə Millətlər Liqasının qalibi, DÇ-2022-nin və AÇ-2016-nın gümüş mükafatçısı olub.
Mirağa