Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu Avropa çempionatlarının ən yaxşı oyunçularından birini transfer edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı Nikolo Skira yayıb.
Tanınmış insayderin ərəb klubunun “Bayern Münhen”in hücumçusu Sadio Manenin keçidini həll etməyə yaxın olduğunu bildirib. Hazırda tərəflər razılaşma mərhələsindədir. Halbuki, Mane ilə Səudiyyə Ərəbistanının digər klubları - "Əl-Nəsr" və "Əl-İttifaq"ın yaxından maraqlandığı bildirilirdi.
"Əl-Əhli" afrikalı futbolçuya mövsümü 20 milyon avro maaşla, 3 illik müqavilə təklif edib.
31 yaşlı Mane 2022-ci ildə "Liverpul"dan "Bayern"ə keçib. O, İngiltərə klubunda altı mövsüm keçirib.
Münhendə 38 oyun keçirən hücumçu 12 qol vurub, 6 məhsuldar ötürmə edib. Onun Almaniya çempionu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır, lakin klub mübahisəli oyunçunun satışı variantlarını nəzərdən keçirməyə hazırdır.
“Əl-Əhli” Manedən əvvəl heyətini ulduz braziliyalı Roberto Firmino və fransız Eduard Mendi ilə gücləndirib.
Mirağa