Türkiyənin "Beşiktaş" klubu Qazaxıstan millisinin üzvünü sıralarına cəlb etmək üzrədir.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "Takvim" yayıb.
Xəbərə görə, "qara qartallar" Moskva MOİK-i ilə 25 yaşlı yarımmüdafiəçisi Baktiyor Zaynutdinovun tranfseri ilə bağlı razılığa gəlib. Mənbə bu keçidin İstanbul klubuna 6 milyon avroya başa gələcəyini vurğulayıb. Sözügedən futbolçunun "Beşiktaş" ilə 3 illik müqavilə bağlayacağı da diqqətə çatdırılıb.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının yeni mövsüm ərəfəsində verdiyi qərara əsasən, türkdilli dövlətdən olan Zaynutdinov "Beşiktaş"da legioner sayılmayacaq.
Nihat