“Neftçi”nin futbolçusu Araz Abdullayev yenidən legioner həyatı yaşaya bilər. Fanat.az xəbər verir ki, Arazı Türkiyə Super Liqasında mübarizə aparan “Akhisar Bələdiyyəspor” heyətinə qatmaq istəyir.
Türklər Arazın iki oyunu izləyib və bəyəniblər. Əgər razılıq əldə olunsa, yayda bu keçid baş tuta bilər. Amma, hələki klublar arasında rəsmi heç bir danışıq olmayıb. Məlumat üçün bildirək ki, “Akhisar Bələdiyyəspor” hazırda Türkiyə Super Liqasında 32 oyun keçirib və 44 xalla 9-cü pillədədi.
Əlavə edək ki, Araz vaxtilə “Panionios” klubunda legioner həyatı yaşayıb və bu sahədə təcrübəsi var.
futbol11.az