"Mançester Yunayted"in və Uruqvay millisinin vingeri Fakundo Pelyistri növbəti mövsümə Niderlandda başlamağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Voetbal International" yayıb.
Xəbərə görə, 21 yaşlı futbolçunun xidmətində Enshede təmsilçisi "Tvente" maraqlıdır. Mənbə "Tvente"nin 21 yaşlı Pelyistrini icarəyə götürməyi hədəflədiyini vurğulayıb.
"Qırmızı şeytanlar" Pelyistrini 2020-ci ildə Uruqvay "Penyarol"undan alıb. Sözügedən futbolçu geridə qalan mövsümdə MY forması ilə ümumilikdə 11 matça çıxıb ki, bunlardan da 4-ü İngiltərə Premyer Liqasına təsadüf edib.
Nihat