Qapıçı Andre Onananı "Mançester Yunayted"ə satmaq üzrə olan Milan "İnter"i "Bayern Münhen"in və İsveçrə millisinin qolkiperi Yan Zommerin tranfseri üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "qara-göylər" artıq 34 yaşlı Zommer üçün rəsmi təklif də hazırlayıb. A Seriyası təmsilçisinin sözügedən futbolçunu 6 milyon avroya almağı hədəflədiyi bildirilib. Mənbə Onananın MY-yə keçəcəyi dəqiqləşəndən sonra "İnter"in hazırladığı təklifi "Bayern"ə göndərəcəyini vurğulayıb.
Milan təmsilçisinin yalnız Zommerlə kifayətlənməyəcəyi, müqaviləsinin müddəti başa çatan digər qapıçı Samir Handanoviç də komandadan ayrıldığı üçün Donetsk "Şaxtyor"undan 21 yaşlı "çərçivə" qoruyucusu Anatoli Trubini də heyətə qatmağı planlaşdırdığı diqqətə çatdırılıb.
Qeyd edək ki, Zommer "Bayern"ə bu ilin yanvarında Mönhenqladbax "Borussiya"sından keçib. İsveçrəli oyunçu geridə qalan mövsümdə Almaniya nəhənginin forması ilə 25 matça çıxaraq 31 top buraxıb.
Nihat